Milli Kitabxanada “Cəfər Cabbarlı - 125” adlı kitab sərgisi açılıb
Bakı, 25 mart, AZƏRTAC
Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə Milli Kitabxanada “Cəfər Cabbarlı - 125” adlı geniş kitab sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə müəllifin əsərləri, tərcümələri, həyatı və yaradıcılığı haqqında kitablar Azərbaycan və xarıcı dillərdə nümayış olunur. Sərgi bir həftə davam edəcək.
Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərən görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist, rejissor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olub.
C.Cabbarlı ilk şeir, hekayə və dramlarını 1915–1916-cı illərdə yazıb. “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi" və ya "Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın", "Sevil", "Oqtay Eloğlu", "Almaz" və s. pyesləri dramaturqun şah əsərlərindəndir.
Azərbaycanın turizm imkanları Dubayda sərgilənir
Uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş təşkil olunub
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır
Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ
Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək