×
A
A
A
Sazlamalar

Andrey Lunyov bu gün "Qarabağ"ın düşərgəsinə qoşulacaq

Bakı, 25 mart, AZƏRTAC
Rusiya millisinin qapıçısı Andrey Lunyov bu gün "Qarabağ"ın düşərgəsinə qoşulacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Lunyov "Championat" nəşrinə açıqlamasında məlumat verib.
Qeyd edək ki, bu gün keçirilməli olan Rusiya-Paraqvay yoldaşlıq oyunu “Crocus City Hall”da törədilmiş terror aktına görə ləğv edilib.
Rusiya martın 21-də Serbiyaya dörd cavabsız qolla qalib gəlib. Andrey Lunyov bu matçda meydana çıxmayıb.

İdman 2024-03-25 09:38:00