İlin ilk Ay tutulması başlayıb
Bakı, 25 mart, AZƏRTAC
Bu ilin ilk Ay tutulması başlayıb. Bu hadisə yarımkölgəli Ay tutulmasıdır.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, Bakı vaxtı ilə saat 08:53-də başlayan tutulma hadisəsi saat 13:32-də sona çatacaq. Tutulmanın maksimumu saat 11:13-də olacaq.
Tutulma Amerika, Antarktida, Alyaska və Rusiyanın şimal-şərqi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdə görünür. Tutulma Azərbaycandan müşahidə olunmur, çünki Ay həmin vaxt üfüqün altında olur. Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur. Belə ki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır