×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastları Portuqaliyada keçirilən turnirdə gümüş medala layiq görülüblər

Bakı, 24 mart, AZƏRTAC

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Portuqaliyada keçirilən 12-ci Kantanhede Beynəlxalq açıq turnirində gümüş medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, Xədicə Quliyeva, Arzu Ağayeva və Leyla Bejanovadan ibarət üçlük fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Martın 20-si start götürən yarışa bu gün yekun vurulacaq.

İdman 2024-03-24 20:45:00