×
A
A
A
Sazlamalar

Nazir: “Onlayn Azərbaycan” layihəsinin 71 faizi icra olunub

Bakı, 19 mart, AZƏRTAC

2021-ci ildən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkə ərazisində 2,077 min ev təsərrüfatı və biznes subyekti (təsərrüfat) yüksəksürətli internet xidmətləri ilə əhatə edilib. Bununla da layihənin 71 faizi icra olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
“Görülən işlərin nəticəsində Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 37,3 Mbit/s təşkil edib”, - deyə nazir vurğulayıb.

İqtisadiyyat 2024-03-19 16:04:00