×
A
A
A
Sazlamalar

® “Coca-Cola” gəncləri Novruz bayramı münasibətilə təbrik etdi

“Coca-Cola Azərbaycan”ın dəstəyi, ADA Universiteti Fondunun əməkdaşlığı ilə Novruz bayramı ərəfəsində “Bahar Youth” 10-cu Bahar Gənclik Festivalı keçirilib.

ADA Universitetinin kampusunda keçirilən festivalda qonaqları dicey Çina ilə əyləncəli proqram, milli rəqs qrupunun çıxışları, milli xalçalar və ənənəvi antik əşyalardan ibarət sərgi qarşılayıb. Novruz ərəfəsində keçirilən festivalda bayram ənənələrinə uyğun olaraq universitetin kampusunda tonqal qalanıb, bayram şirniyyatları ilə çay süfrəsi təşkil edilib, müxtəlif bayram adətləri də yerinə yetirilib.
Festivalda yerli və xarici tələbələr, ADA məktəbliləri, universitetin müəllim və işçi heyəti, həmçinin tərəfdaş qurumların nümayəndələri birlikdə baharin gəlişini bayram ediblər.
“Coca-Cola” şirkətinin Avrasiya üzrə ictimaiyyətlə əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, “Coca-Cola” Azərbaycanda ənənələr formalaşdırır: “Coca-Cola”nın dəstəyilə ölkədə keçirilən bir neçə layihə var ki, artıq ənənəyə çevrilib. “Bahar Youth” festivalı da bunlardan biridir. Biz hər il gənclərlə, dostlarımızla baharın gəlişini birgə qeyd edirik. Artıq 10-cu ildir ki, baş tutan festivalın tərəfdaşı olmaqdan məmnunuq. Fürsətdən istifadə edib Azərbaycan gənclərini, Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirik”.
Festivalda şənliklərlə yanaşı, gənclərin təbiətə qarşı həssaslığını təşviq edən məlumatlar da təqdim edilib. Sudan səmərəli istifadə və tullantıların təkrar emala göndərilməsinin önəmi diqqətə çatdırılıb.
Qeyd edək ki, “Coca-Cola” Novruz ərəfəsində Azərbaycanda bir sıra kampaniyalar həyata keçirir. Bu kampaniyalardan biri “Novruz 2024” adlanır. Kampaniyada sarı qapaqlı və xüsusi etiketli 2.5 litr həcmli “Coca Cola Classic”, “Coca Cola sifir şəkər”, “Fanta portağal”, “Sprite” məhsulları iştirak edir. Kampaniyada üzərində “3 Qapağa 1 Hədiyyə” yazılmış üç sarı qapağı toplayıb iştirak edən hər kəsin 400 000 ədəd “Coca Cola” çərəz qablarından birini qazanmaq şansı yaranır.
Bundan əlavə, “Coca-Cola” şəhərin Bulvar ərazisində “Səməni” instalyasiyası, “Gənclik Mall”da yaz elementləri ilə bəzədilmiş fotozona quraşdırıb. İlk çərşənbədən etibarən isə Novruz bayramı üçün xüsusi brendinq olunmuş 10 avtobus 2 ay ərzində şəhər ətrafında hərəkət edərək insanlara bayram möcüzəsini xatırladacaq.
Azərbaycan xalqının ən rəngarəng və zəngin bayramlarından olan Novruz ərəfəsində xeyirxahlığı da unutmayan şirkət “Nargis” Fondun təşkilatçılığı ilə keçirilən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasının əsas tərəfdaşlarındandır.
Xatırladaq ki, “Coca-Cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”in yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. 400-ə yaxın işçisi olan “Coca-Cola Azərbaycan”, eyni zamanda, təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Şirkət tullantıların azaldılması, su ehtiyatlarının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.

İqtisadiyyat 2024-03-19 14:53:00