×
A
A
A
Sazlamalar

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Bakı, 18 mart, AZƏRTAC

Martın 17-də keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavabları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Elm və təhsil 2024-03-18 10:39:00