Azərbaycan gimnastları beynəlxalq turnirdə finala vəsiqə qazanıblar
Bakı, 17 mart, AZƏRTAC
Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə “Dutch Trampoline Open” 2024 turnirində Azərbaycan millisinin üzvləri finala yüksəliblər.
AZƏRTAC xəbər verir ki, fərdi proqramda çıxış edən Selcan Mahsudova, Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Samirə Hüseynova, Ömər Qasımlı beynəlxalq turnirin finalında iştirak edəcəklər.
Həmçinin Əli Niftəliyev, Ammar Baxşaliyev, İbrahim Mustafazadə və Fərhad Mustafayevdən ibarət komandamız həlledici mərhələdə iştirak hüququ qazanıb.
Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb
Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur
Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək
Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək
Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək