×
A
A
A
Sazlamalar

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Bakı, 4 may, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Açılış matçında “Kəpəz” Tovuzda “Sumqayıt”ı qəbul edəcək. Görüş saat 16:30-da başlayacaq. Hazırda Gəncə klubu 34 xalla 9-cu, “gənclik şəhəri” təmsilçisi 50 xalla 2-ci pillədə qərarlaşıb.
Günün son oyununda çempion “Qarabağ” “Azersun Arena”da “Neftçi”ni sınağa çəkəcək. Qarşılaşma saat 19:30-da start götürəcək. 32 turdan sonra Ağdam klubu 73 xalla turnir cədvəlinə başçılıq edir. 50 xalı olan “ağ-qaralar” isə 3-cüdür.

Azərbaycan Premyer Liqası
XXXIII tur
4 may (şənbə)

16:30. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu.

19:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Azersun Arena”.

Qeyd edək ki, turun digər oyunları mayın 5-6-da keçiriləcək.

 

 

İdman 2024-05-04 10:50:00