×
A
A
A
Sazlamalar

"Yüksəliş" müsabiqəsinin qalibi BDU-nun tələbələri ilə görüşüb

Bakı, 16 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin "BDU könüllüləri" təşkilatının təşəbbüsü ilə ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Mehriban Rəsulovanın BDU-nun tələbələri ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə "Rəqabətdə fərq yaratmaq" mövzusu müzakirə edilib. Mehriban Rəsulova tələbələrə karyera boyu iş mühitində fərqlənmək üçün tövsiyələr verib. Onlara bilik və bacarıqlarının artırılması yönündə diqqət etməli olduqları məqamları izah edib.
Sonda tələbələrin müzakirə ətrafında sualları cavablandırılıb.

Elm və təhsil 2024-03-16 20:28:00