×
A
A
A
Sazlamalar

Ali məktəblərə və kolleclərə ərizə qəbulu üzrə ümumilikdə 115 min 245 abituriyent qeydiyyatdan keçib

Bakı, 16 mart, AZƏRTAC

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu üzrə ümumilikdə 115 min 245 abituriyent ərizəsini təsdiqlədib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 110 min 354 nəfər (o cümlədən 100 min 259 nəfər Azərbaycan bölməsi üzrə, 10 min 95 nəfər rus bölməsi üzrə) ali təhsil müəssisələrinə ərizə qəbulu üzrə qeydiyyatdan keçib.
Tam orta (11 illik) təhsil bazasında kolleclərə ərizə qəbulu üzrə 96 min 667 nəfər (o cümlədən 89 min 858 nəfər Azərbaycan bölməsi üzrə, 6809 nəfər rus bölməsi) nəfər qeydiyyatdan keçib.
Həmçinin qeyd edilib ki, “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə test imtahanında 9467 abituriyent iştirak edəcək. Onlardan 8675 nəfəri buraxılış imtahanı çərçivəsində “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə test imtahanında, 792 nəfər qəbul imtahanı çərçivəsində “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə test imtahanında (I cəhd) iştirak edəcək.
2023-cü ildə “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə test imtahanında “məqbul” qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı isə 735 nəfərdir.
Ötənilki buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasinda müsabiqəyə qoşulan abituriyentlərin sayı 1120 nəfərdir.

Elm və təhsil 2024-03-16 13:54:00