×
A
A
A
Sazlamalar

“Qarabağ”ın UEFA reytinqində mövqeyi açıqlanıb

Bakı, 16 mart, AZƏRTAC
Avropa Liqasının 1/8 final mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, siyahıda Azərbaycanın yalnız bir təmsilçisi yer alıb.
Son çempion “Qarabağ” 57-58-ci yerləri bölüşür. “Köhlən atlar” İspaniyanın “Betis” klubu ilə eyni xala malikdir. Hər iki komandanın hesabında 33,000 xal var.
Əlavə göstəricilərə görə Sevilya təmsilçisini qabaqlayan “Qarabağ” 57-cidir.

İdman 2024-03-16 13:53:00