×
A
A
A
Sazlamalar

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Bakı, 4 may, AZƏRTAC

Qrup hərəkətləri üzrə Azərbaycan komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv çoxnövçülükdə buna nail olub.
Hakimlər onların çıxışını 71 550 xalla qiymətləndiriblər.
Bu proqramda İsrail yığması birinci, İtaliya seçməsi isə ikinci yeri tutub.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Avropa Kubokunda 37 ölkəni təmsil edən 160 idmançı iştirak edir. Yarışa mayın 5-də yekun vurulacaq.

İdman 2024-05-04 12:11:00