Regional Kollecdə təntənəli bayram tədbiri
Gəncə, 15 mart, AZƏRTAC
Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Kollecin direktoru dosent İlqar Kubışov çıxış edərək Novruz bayramının xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramı olduğunu qeyd edib. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir.
Sonra Kollecin məzunu şəhid Amal Əhmədovun anası Mehriban Əhmədova Novruz bayramının qədim ənənələrindən danışıb, bu bayramın özünəməxsus xüsusiyyətlərindən söz açıb.
Kollecin Mədəniyyət və incəsənət şöbəsinin müəllim və tələbələrin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.
Sonda Kollecin həyətində alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşqu ilə qarşılanıb.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır