ADAU-da Novruz şənliyi keçirilib
Gəncə, 15 mart, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Novruz bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları tələbələrin və gənc rəssamların əl işlərindən ibarət sərgiyə və kafedralar tərəfindən hazırlanan Novruzla bağlı kulinariya nümunələrinə və xonçalardan ibarət guşələrə baxış keçiriblər.
Sonra Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən universitetin rektoru Zəfər Qurbanov bolluq, bərəkət və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə müəllim, tələbə və əməkdaşları təbrik edib. Rektor bildirib ki, bu il xalqımız ərazi bütövlüyünü tam bərpa etmiş xalq kimi Novruz bayramını daha təntənəli və coşqu ilə qeyd edir.
Tədbirin bədii hissəsində Kosa və Keçəlin məzəli deyişmələrindən ibarət səhnəcikləri, tələbə rəqs kollektivlərinin ifasında milli və müasir rəqslər, musiqili qonaqların çıxışlarından ibarət rəngarəng proqram maraqla izlənilib.
Sonda rektor Zəfər Qurbanov qazi tələbələrlə birgə bayram tonqalını alovlandırıb. Bayram tonqalı ətrafında tələbələr yallı gedərək milli birlik və həmrəyliyimizi ifadə ediblər.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır