×
A
A
A
Sazlamalar

Rus dilində Respublika Olimpiadasının ikinci mərhələsi davam edir

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycanda rus dilində 2024-cü il Respublika Olimpiadasının ikinci mərhələsi keçirilir.
AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadla xəbər verir ki, bu bilik yarışı ardıcıl 16-cı ildir keçirilir. Builki olimpiada Aleksandr Puşkinin anadan olmasının 225 və Mirzə Şəfi Vazehin 230 illiyinə həsr olunub.
Olimpiadanın onuncu turu Xırdalan şəhərinin 11 saylı məktəbində keçirilib. Burada Masazır, Saray və Ceyranbatan rayonlarının şagirdləri iştirak ediblər.
Olimpiada iştirakçılarını “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov, 11 saylı məktəbin direktor müavini Aida Ramazanzadə və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina salamlayıblar.
Olimpiadanın növbəti turunun bütün iştirakçılarına sertifikatlar təqdim edilib.
Olimpiadanın ikinci mərhələsi 2024-cü ilin fevralından may ayınadək Azərbaycanın şəhər və rayonlarında təşkil edilir. Yarış Azərbaycan məktəblərinin rus sektorunun 7-9-cu sinif şagirdləri arasında esse şəklində keçirilir.
Rus dilində Olimpiada Bakıdakı Rus evi, Rusiyanın ölkəmizdəki Səfirliyi, Azərbaycanın Elm və Təhsil Nazirliyi və Rusdilli Təhsil Müəssisələrinin Müəllimlər Assosiasiyası tərəfindən Azərbaycan Dillər Universitetinin dəstəyi ilə keçirilir.

Elm və təhsil 2024-03-15 21:51:00