Qurban Qurbanov: Azarkeşlərimizə səviyyəli futbol göstərdiyimiz üçün sevincliyik
Bakı, 15 mart, AZƏRTAC
Məğlubiyyət bizim üçün üzücü oldu. Çünki həm evdəki, həm səfərdəki oyunlarda şansımız çox idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer"ə 2:3 hesabı ilə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, uduzsalar da, böyük təcrübə qazanıblar: "Bu il azarkeşlərimizə səviyyəli futbol göstərdiyimiz üçün sevincliyik. Onlara dəstəklərinə görə minnətdaram. İstərdik ki, bir mərhələ də irəliləyək, amma alınmadı. Hər bir halda futbolçularımdan razı qaldım".
Qeyd edək ki, evdəki ilk matçda "Bayer" ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir