Xabi Alonso: “Qarabağ”la oyunda geri dönüş etmək heç də asan olmadı
Bakı, 15 mart, AZƏRTAC
Geri dönüş etmək heç də asan olmadı. Buna baxmayaraq, futbolçularım yaxşı çıxış etdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Bayer"ın baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Dubla imza atan Patrik Şikin qolunu dəyərləndirən ispaniyalı mütəxəssis əlavə edib: "Möhtəşəm qollar vurdu. Bərabərlik qolundan sonra komandamın daha çox istəkli olduğunu gördüm. Məqsədimiz növbəti mərhələləri də adlayıb turnirdə sonadək mübarizə aparmaqdır. Futbolçularımda inam və aclıq hissi çoxdur. Onlarda mübarizə ruhu var. Bu da yaxşı nəticə üçün olduqca vacib amildir".
Qeyd edək ki, səfərdəki ilk matçda Ağdam klubu ilə 2:2 hesablı heç-heçə edən "Bayer" iki görüşün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanıb. "Qarabağ" isə Avropa Liqasında mübarizəni dayandırıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir