×
A
A
A
Sazlamalar

Qurban Qurbanov: Etdiyimiz səhvlər bizi daha da böyüdəcək

Bakı, 15 mart, AZƏRTAC

Bu gün etdiyimiz səhvlər bizi daha da böyüdəcək
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer"ə 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, iki komanda arasında futbol səviyyəsi baxımından böyük fərqlər var: "Əlimizdə nə qədər imkan varsa, klubumuzu yaxşılaşdırmaq üçün çalışacağıq. Texniki heyət cəhətdən zəif ola bilərik. Amma birlik və mübarizə ruhu olduğu müddətcə belə nəhəng komandalara qarşı hər zaman mübarizə aparmağa hazırıq".
Qeyd edək ki, evdəki ilk matçda "Bayer" ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.

İdman 2024-03-15 03:32:00