×
A
A
A
Sazlamalar

Konfrans Liqası: Dörddəbir finala vəsiqə qazanan bütün komandalar bəlli olub

Bakı, 15 mart, AZƏRTAC

Konfrans Liqasında 1/4 final mərhələsinə yüksələn bütün komandaların adına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, sonuncu dörd kollektiv də 1/8 finala vəsiqə qazanıb.
Bunlar "Aston Villa" (İngiltərə), "Brügge" (Belçika), "Lill" (Fransa) və "Olimpiakos" (Yunanıstan) komandalarıdır.
Daha əvvəl "Fənərbağça" (Türkiyə), "Fiorentina" (İtaliya), PAOK (Yunanıstan) və "Viktoriya Plzen" (Çexiya) komandaları adlarını dörddəbir finala yazdırıblar.

İdman 2024-03-15 03:14:00