×
A
A
A
Sazlamalar

Ağcabədidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Ağcabədi, 14 mart, AZƏRTAC

Laçınlıların müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəallarının, gənclərin iştirakı ilə keçirilən aksiya zamanı 450 ədəd Eldar şamı və digər ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Aksiya çərçivəsində, həmçinin ərazidəki 270-dən çox ağaca qulluq edilib.

Regionlar 2024-03-14 15:06:00