×
A
A
A
Sazlamalar

“Muxtariyyət dövründə Naxçıvan ədəbi mühiti” mövzusunda tədbir keçirilib

Naxçıvan, 14 mart, AZƏRTAC

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Naxçıvanın 100 illik yubileyinə həsr olunmuş "Muxtariyyət dövründə Naxçıvan ədəbi mühiti" mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə muzeyin direktoru Aləmzər İbrahimova Naxçıvan diyarının Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutduğunu, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynadığını bildirib.
Naxçıvan ədəbi mühitinin ölkəmizin ədəbiyyatına parlaq simalar, qiymətli əsərlər bəxş etdiyini vurğulayan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Əliyev muxtariyyət dövründə Naxçıvanda yaradıcılıqla məşğul olan qələm sahiblərindən bəhs edib, yaradıcılıqlarından nümunələr səsləndirib.
Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvləri Naxçıvan diyarına həsr olunan şeirlər oxuyublar.
Sonda "Naxçıvan Muxtar Respublikası -100" adlı sərgiyə baxış olub.

Regionlar 2024-03-14 00:35:00