×
A
A
A
Sazlamalar

Yevlaxda MİDA tərəfindən yaşayış kompleksinin tikintisinə başlanılıb

Yevlax, 29 fevral, AZƏRTAC

Yevlax şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Yevlax Yaşayış Kompleksinin inşasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi sahəsi 1,9 hektar olan yaşayış kompleksi hər biri yeddimərtəbəli olmaqla, 6 binadan ibarətdir. Binalardakı 329 mənzildən 14-nün studio tipli, 28-nin birotaqlı, 84-nün ikiotaqlı, 139-nun üçotaqlı, 64-nün dördotaqlı olması nəzərdə tutulur. Studio tipli mənzillərin sahəsi 43,1-43,4 kvadratmetr, birotaqlı mənzillərin sahəsi 45,4 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 58,6-86,6 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 73,9-98 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi 102,4-129,1 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.
Yaşayış binaları ilə yanaşı, ərazidə sakinlər üçün istirahət guşələri yaradılacaq.

Regionlar 2024-02-29 16:31:00