×
A
A
A
Sazlamalar

Naxçıvanın kəndlərində içməli su təminatı yaxşılaşdırılır

Naxçıvan, 29 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Şərur Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən rayonun Gümüşlü və Aşağı Yaycı kənd sakinlərinin içməli su təminatını yaxşılaşdırmaq məqsədi ilə Arpaçay su anbarının əsas bəndinin aşağı hissəsindən süzülən sulara yeni subartezian nasosu quraşdırılıb.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görülən tədbirlər çərçivəsində diametri 76 millimetr, uzunluğu 450 metr olan boru xətti çəkilərək mövcud içməli su xəttinə birləşdirilib. Bunun nəticəsində bulaq sularının azaldığı vaxtlarda həmin subartezian quyusundan verilən içməli su Gümüşlü və Aşağı Yaycı kənd sakinlərinin su ehtiyacını təmin edəcək.

Regionlar 2024-02-29 12:46:00