×
A
A
A
Sazlamalar

Türk investorlar Naxçıvanda baramaçılıq və ipəkçilik sahələrinə maraq göstərirlər

Naxçıvan, 28 fevral, AZƏRTAC

Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində türk investorlarla görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüşdə Naxçıvan Muxtar Respublikasında aqrar sahədəki islahatlar barədə məlumat verilib, birgə fəaliyyətin potensial imkanları haqqında fikir mübadiləsi aparılıb.
Naxçıvanda baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi görüşün əsas müzakirə mövzusu olub. Qeyd edilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da bu sahənin inkişaf etdirilməsi əsas hədəf kimi qarşıya qoyulub. Proqramın icrasını təmin etmək məqsədilə ötən il muxtar respublikada 40 minə yaxın tut tingi əkilib.
Görüşdə müasir dövrün tələblərinə uyğun suvarma sistemlərinin qurulması, gübrə təminatı məsələlərindən də ətraflı bəhs edilib, mövzuya dair videomaterial izlənilib, bu formatda görüşlərin davam edəcəyi bildirilib.

Regionlar 2024-02-28 18:01:00