×
A
A
A
Sazlamalar

Gəncədə keçirilən əmək yarmarkasında 100-ə yaxın vakansiya təqdim olunub

Gəncə, 28 fevral, AZƏRTAC

Gəncədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əmək yarmarkasında 12 müəssisə tərəfindən 100-ə yaxın vakansiya təqdim olunub.
Müraciət edənlərə işəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib.
Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Regionlar 2024-02-28 17:12:00