×
A
A
A
Sazlamalar

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Göygöl, 7 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonu Topalhəsənli kəndi ərazisində “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin keçirilməsində məqsəd intensiv yağıntıların xarakterik olduğu yaz-yay fəsillərində çaylarda yarana bilən sel və daşqınlar zamanı zəruri təhlükəsizlik qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Yerli icra nümayəndəliyinin, o cümlədən bələdiyyələrin, kənd sakinlərinin və ictimai iaşə obyektləri əməkdaşlarının da iştirak etdiyi görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

 

Regionlar 2024-05-07 14:47:00