Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Vyana, 28 fevral, AZƏRTAC
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Sloveniyanın paytaxtı Lyublyana şəhərində maarifləndirmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə şəhərin mərkəzi küçələrində yerləşən 18 rəqəmsal LED ekranda 24 saat ərzində “Xocalını unutmayaq” posteri nümayiş olunub.
Assosiasiyadan bildirilib ki, Xocalı soyqırımının 32-ci ildönümünü ilə əlaqədar rəqəmsal LED ekranlarda QR kodlu posterlər yerləşdirməkdə əsas məqsəd yerli ictimaiyyətin diqqətini erməni vəhşiliyinə çəkmək olub.
Qeyd edək ki, maarifləndirmə aksiyası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avstriyada və Sloveniyadakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO