×
A
A
A
Sazlamalar

Ağdam Dövlət Dram Teatrında “Qisas” tamaşasının premyerası olub

Ağdam, 28 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Dövlət Dram Teatrında Xanirə Röyanın “Qisas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, quruluşçu rəssamı M.Qarayev, musiqi tərtibatçısı A.Şükürov, rejissor assistenti isə X.Abdullazadədir. Tamaşada rolları teatrın aktyorları Əməkdar artist Aidə Qasımova, Kərim Həsənov, Afəridə Əhmədova, Xəyalə Xudadatova, Anar Əhmədov, Ülviyyə Əhmədova, Camal Zamanov, Vüqar Mərdanov və Rüstəm Məmmədov ifa ediblər.
Teatrın direktoru Məhəmməd Hüseynov bildirib ki, bu yaxınlarda Təranə Məmmədlinin “Tor” əsərinin təqdimatı olub. Hazırda Şahnaz Şahinin “Mübariz” tamaşası üzərində məşqlər gedir. Bu ilin repertuarına həmçinin M.F.Axundzadənin “Hacı Qara”, Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, Çingiz Ələsgərlinin “Olmayanlar olanda” tamaşaları daxil edilib.

Regionlar 2024-02-28 16:12:00