"Kalaşnikov" avtomatı satmaq istəyən Bərdə sakini saxlanılıb
Bərdə, 28 fevral, AZƏRTAC
Bərdədə tapdığı silah-sursatı satış məqsədi ilə saxlamaqda şübhəli bilinən şəxs tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah əldə edərək satış məqsədi ilə saxlamaqda şübhəli bilinən rayon sakini Hüseynov Alı Allahverdi oğlu silah-sursatı 600 manata satmaq istəyərkən tutulub. Ondan 1 ədəd "Kalaşnikov" avtomatı və həmin silaha məxsus 1 ədəd daraq, 56 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Kür çayında batan Kəlbəcər sakininin meyiti tapılıb
Daşkəsəndə yeniyetmə qız dəm qazından zəhərlənib
Naxçıvanda ümumtəhsil müəssisələrinə direktor vəzifəsi üçün test imtahanı keçirilib
Naxçıvanda növbəti “tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib