Zaqatalada şəhidlərin xatirəsinə həsr edilən kitabın təqdimatı olub
Zaqatala, 28 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayon Heydər Əliyev Mərkəzində yerli yazar, uzun illər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru olmuş Gülniyar Qurbanqızının müəllifi olduğu “Vətən fədailəri-II” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə şəhid ailələrinin üzvləri, rayon icra hakimiyyətinin əməkdaşları, qazilər, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində müəllif Gülniyar Qurbanqızı çıxış edərək, kitab haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, kitabda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun göstərdiyi böyük şücaətdən, qazanılan tarixi Qələbədən, Aprel döyüşlərində, eləcə də Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatları zamanı canını, qanını əsirgəməyən zaqatalalı şəhidlərdən, müharibə iştirakçıları və qazilərdən bəhs edilir. Müəllif bu kitabın gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində faydalı olacağına əminliyini bildirib.
Şəhid ailələrinin üzvləri və digər çıxış edənlər şəhidlər haqqında yazılan kitabların əhəmiyyətindən danışıb, kitabın müəllifinə minnətdarlığını bildiriblər.
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO
Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb