Qubada evdə partlayış olub, ana və qızı xəsarət alıb
Quba, 28 fevral, Elxan Yusifli, AZƏRTAC
Qubanın Talabıqışlaq kəndində evdə baş verən partlayış zamanı iki nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, partlayış nəticəsində xəsarət alan Humay Əliyeva və onun qızı Şükran Atayeva təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.
Quba Müalicə Diaqnostika Mərkəzində müalicə alan yaralılar bədənlərinin müxtəlif hissələrindən yanıq xəsarətləri alıblar.
İlkin ehtimala görə, hadisə qaz cihazları ilə ehtiyatsız davranma səbəbindən baş verib. Dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq.
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub VİDEO
Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb
Qazi: Torpaqlarımız azad edilərkən keçirdiyim sevinc və qürur hissini bu gün yenidən yaşadım
Qazax Dövlət Dram Teatrında iki yeni tamaşanın premyerası olacaq