Barselonada Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar İspaniyanın Barselona şəhərində anım mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” və Barselona Azərbaycan Evinin təşkilatçılığı, ölkəmizin İspaniyadakı səfirliyinin dəstəyi ilə baş tutan tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Mərasim Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycanın İspaniyadakı səfirliyinin müşaviri Həmid Zeynalov, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” və İspaniya Azərbaycan Evinin rəhbəri Kərim Kərimov, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov çıxış ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş konsert proqramı ilə davam edən tədbirdə pianoçu, bəstəkar Sara Amirian Dilruba və Aydan Abbasova, həmçinin skripkaçı Angie Harumi Mendozanın çıxışları olub. Musiqiçilərin ifasında Azərbaycan və dünya klassik musiqisinin inciləri təqdim olunub.
Tədbir çərçivəsində Xocalı soyqırımı həqiqətlərini əks etdirən fotosərgi nümayiş olunub.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO