×
A
A
A
Sazlamalar

Səfir: Xocalı soyqırımı 3-cü Reyxin “Lebensraum” siyasətinin erməni versiyasıdır

Tbilisi, 26 fevral, AZƏRTAC

Ermənistan tarixən azərbaycanlılara və türklərə qarşı etnik təmizləmə siyasəti həyata keçirib, ərazi iddiaları ilə çıxış ediblər. Xocalı soyqırımı da məhz bu siyasətin davamı olub. Ermənistan bu soyqırımını törətməklə 3-cü Reyxin siyasətini təkrarlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev fevralın 26-da Tbilisidə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım mərasimində söyləyib.
Onun sözlərinə görə, Xocalı soyqırımı, eləcə də Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı və digər yaşayış məntəqələrində də azərbaycanlı mülki əhaliyə qarşı törədilən qətliamlar Ermənistan rəhbərliyinin azərbaycanlılara münasibətdə 3-cü Reyxdə elan edilmiş “Lebensraum” siyasətinin erməni versiyasının tətbiqi idi. Ermənistan rəhbərliyi Qaregin Nijdenin “türklərlə hər gün mübarizə”yə əsaslanan faşist ideologiyasına söykənən siyasət yürütdüyünü bu yolla təsdiq edib.
Səfir deyib: “Azərbaycanda ermənilərə qarşı nifrət olduğunu iddia edərək Ermənistanda revanşizmi dirçəltməyə çalışanlar və erməni millətçiləri tarixi keçmişlərinə nəzər salmalıdırlar. Bu, onların xeyrinə olar”.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xocalı faciəsi 2024-02-26 20:15:00