×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Yekaterinburqda anılıb

Ekaterinburq, 26 fevral, AZƏRTAC

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun dəstəyi ilə Yekaterinburq şəhərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yekaterinburq şəhər məktəblərinin müəllimləri və şagirdləri iştirak ediblər.
Anım tədbirində çıxışlardan sonra şagirdlərin hazırladıqları Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim olunub, eləcə də “Dərdimi çəkirəm” filmi nümayiş etdirilib.
Tədbirdə müəllimlər, şagirdlər və baş konsulluğun əməkdaşları ilə yanaşı, diaspor fəalları da yaxından iştirak ediblər.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Ekaterinburq

Xocalı faciəsi 2024-02-26 17:16:00