×
A
A
A
Sazlamalar

İstanbulda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı videoçarxlar nümayiş etdirilir

İstanbul, 26 fevral, AZƏRTAC

İstanbulun Beyoğlu rayonunda yerləşdirilən reklam panolarında Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı videoçarxlar nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, bu təşəbbüs Azərbaycanın İstanbuldakı Baş konsulluğu və Beyoğlu Bələdiyyəsi tərəfindən həyata keçirilib.
Şəhərin ən mərkəzi hissələrində nümayiş etdirilən videoçarxlarda Xocalı abidəsi və o günlərə aid görüntülər əks olunub.
Nümayiş bu gün gecə saatlarınadək davam edəcək.
Azərbaycanın İstanbuldakı Baş konsulluğunun binasında da “Xocalı soyqırımı, unutma, unutdurma” sözlərinin yer aldığı lövhə asılıb.

 
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2024-02-26 17:06:00