×
A
A
A
Sazlamalar

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Bakı, 26 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin icraçı direktoru Məhəmməd Babanlı Xocalı soyqırımının mahiyyətindən söz açıb. Vurğulayıb ki, 32 il öncə Xocalıda yaşanan bu faciə yalnız bir xalqa qarşı deyil, ümumən insanlıq əleyhinə yönəlmiş bəşəri cinayətdir. Bu gün dünyanın bir sıra dövlətləri Xocalı faciəsini soyqırımı faktı kimi rəsmən tanıyıblar. Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması istiqamətində aparılan düzgün və məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bu dövlətlərin siyahısı ilbəil artmaqdadır. Xocalı soyqırımı kimi faciələrin bir daha yaşanmaması üçün hər birimiz bir vətəndaş olaraq dövlətimizin, dövlətçiliyimizin yanında olmalı, onun artan gücünə öz əməli töhfələrimizi verməliyik.
Daha sonra institutun əməkdaşları Faiq Məmmədov, Aygün İsazadə, Fatma Şıxıyeva, Sevinc Cavadova çıxış ediblər. Çıxışlarda “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətindən danışıb. Xocalı soyqırımı qurbanlarının qisasının Vətən müharibəsində döyüş meydanında alındığı vurğulanıb.

Xocalı faciəsi 2024-02-26 16:48:00