İƏGF Avrasiya Regional Mərkəzi və İndoneziya gəncləri Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar
Bakı, 26 fevral, AZƏRTAC
İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) Avrasiya Regional Mərkəzinin beynəlxalq idarə heyəti və katibliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.
İƏGF-dən AZƏRTAC-a bildiriblər ki, bəyanatda İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi 2022-ci il martın 1-də İtaliya Senatında keçirilmiş “Tanınma yolu ilə barışıq: sülh quruculuğu və keçid ədaləti” beynəlxalq konfransı çərçivəsində təsis edilmiş “Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyasının fəaliyyətinə dəstək ifadə olunub.
Sözügedən koalisiya Srebrenitsa Anaları Assosiasiyasının, İtaliya İnsan Haqları Federasiyasının, Soyqırımı və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Budapeşt Beynəlxalq Mərkəzinin nümayəndələrindən ibarətdir. Beynəlxalq koalisiyanın əsas məqsədi Ermənistanın Xocalı soyqırımını etiraf etməsinə və bununla bağlı dövlət səviyyəsində faciə qurbanları qarşısında üzr istəməsinə, etiraf vasitəsilə azərbaycanlılar və ermənilər arasında dialoqa, cənubi Qafqazda barışığa və dayanıqlı sülhə nail olmaqdır.
Bəyanatda indiki Ermənistan rəhbərliyinə Xocalı soyqırımını etiraf etmək, bu cinayəti törədənləri Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil vermək, eləcə də beynəlxalq ictimaiyyətə bu soyqırımına hüquqi qiymət verməklə bağlı çağırış edilib. Sənəddə Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqına və hökumətinə başsağlığı verilib.
Analoji birgə bəyanatla İƏGF-nin üzv təşkilatı İndoneziya Milli Gənclər Şurası və bu ölkənin ən böyük gənclər təşkilatlarından biri olan İndoneziya İƏT Gənclər Təşkilatı da çıxış edib.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO