Xocalıdan olan professor: Biz faciələrimizi, başımıza gətirilənləri heç vaxt unutmamalıyıq
Bakı, 26 fevral, AZƏRTAC
Təəssüf ki, Xocalı soyqırımının günahkarları cəzalarını hələ tam almayıblar. 44 günlük Vətən müharibəsində heç bir mülki erməninin burnu belə qanamadı, incidilmədi. Bu, Azərbaycan xalqının və dövlətinin humanistliyindən xəbər verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, xocalılı Həvva Məmmədova Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar keçirilən elmi-praktiki konfransda səsləndirib.
H.Məmmədova bildirib ki, bayramlarımız kimi, faciələrimiz də ölkəmizin bütün ərazisində qeyd olunur.
“Biz faciələrimizi, başımıza gətirilənləri heç vaxt unutmamalıyıq. Çox diqqətli, məsuliyyətli və hazırlıqlı olmalıyıq. Günahsız uşaqların, qadınların, ümumiyyətlə, bütün şəhidlərimizin əziz ruhu bunu bizdən tələb edir.
Bu gün Xocalıda, Şuşada, Xankəndidə Azərbaycan Bayrağının dalğalanması qəlbimizi qürur hissi ilə doldurur. Xocalılıların bu il öz doğma evlərinə qayıdacağı xəbəri hər birimizi sevindirir”, - deyə Həvva Məmmədova vurğulayıb.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO