×
A
A
A
Sazlamalar

Müharibə iştirakçısı: Mənfur düşmənin törətdiyi bu qırğını unutmamalıyıq

Bakı, 26 fevral, AZƏRTAC

Mənfur düşmənin törətdiyi bu qırğını unutmamalıyıq. Azərbaycan xalqına qarşı törədilən bu faciə bəşər dünyasında qəddarcasına törədilmiş ən ağır cinayətlərdən biridir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində müharibə iştirakçısı, ehtiyatda olan mayor İlham Şəbiyev söyləyib.
O qeyd edib ki, Azərbaycan Ordusunda keçirilən mənəvi-ideoloji tədbirlərdə hər zaman Xocalı faciəsi ilə bağlı təbliğat işləri aparılır.
“Şanlı Qarabağ Zəfərindən sonra artıq biz bütöv Azərbaycanın zabitləri olaraq qürurluyuq. Şəhidlərimizin qanı yerdə qalmadı”, - deyə müharibə iştirakçısı vurğulayıb.

Xocalı faciəsi 2024-02-26 12:38:00