×
A
A
A
Sazlamalar

Türkiyənin səfiri: Qarabağın işğaldan azad edilməsi bizim üçün fəxrdir VİDEO

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı faciəsi Türk millətində dərin iz buraxıb. Bu gün bu kədəri yaşamaqla bərabər, fəxr hissi ilə deyə bilərik ki, Qarabağ və Xocalı artıq işğaldan tamamilə azad edilib. Xocalıda şəhid olmuş qardaş-bacılarımızın qisası antiterror tədbirlərinin keçirilməsi ilə layiqincə alınıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.
O qeyd edib ki, bu gün Azərbaycan Bayrağının Şuşada, Laçında - bütün Qarabağda qürurla dalğalanması ölkə Prezidenti İlham Əliyevin qətiyyətinin sübutudur. Artıq Xocalıdakı qardaşlarımız öz yurdlarında dinc və firavan həyat sürə biləcəklər. Hər zaman qardaş ölkəmiz Azərbaycanın yanındayıq.

Xocalı faciəsi 2024-02-26 12:13:00

Video