Tahir Mirkişili: Prezident İlham Əliyevin uğurlu siyasi xətti nəticəsində Xocalı həqiqətləri dünyaya layiqincə çatdırılıb
Bakı, 26 fevral, AZƏRTAC
Bu gün Prezident İlham Əliyevin uğurlu siyasi xətti nəticəsində Xocalı həqiqətləri dünyaya çatdırılıb. Müzəffər Azərbaycan Ordusu bir daha sübut etdi ki, Xocalı Azərbaycanın tarixi torpağıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Xocalı faciəsinin tariximizin ən qanlı səhifələrindən biri olduğunu söyləyən deputat deyib: “Bu hadisə mənfur düşmənin xislətini bir daha sübut etdi. Bu gün “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası bu həqiqətlərin dünyaya çatdırılmasında böyük rol oynayır”.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO