Türkiyə XİN: Xocalıda törədilən vəhşilik insanlıq tarixinə qara ləkə olaraq keçib
İstanbul, 26 fevral, AZƏRTAC
1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində günahsız dinc əhaliyə qarşı törətdiyi qətliamı pisləyirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı açıqlamasında yer alıb.
Açıqlamada, həmçinin deyilir: “O gün baş verən vəhşilik insanlıq tarixinə qara ləkə olaraq keçib. Xocalıda qətlə yetirilən 613 nəfərin, həmin gün yaralanan, əsir götürülən və ya itkin düşən bütün azərbaycanlıların ağrıları hələ də ürəyimizdədir.
Xocalı faciəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk”.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO