×
A
A
A
Sazlamalar

Reza Deqati: Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görülür

Bakı, 24 fevral, AZƏRTAC

Bu faciənin fotolarını çəkdiyim günlər məndə dərin iz buraxıb. Mən hadisələr zamanı ancaq faciənin dünyaya çatdırılmasını düşünürdüm. Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmaq mənim ən böyük niyyətim olub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında tanınmış fotoqraf Reza Deqati söyləyib.
Bildirilib ki, “13” bədii-sənədli filmi Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün önəm kəsb edir. “Biz fotoqraflar, jurnalistlər, incəsənət nümayəndələri əlimizdən gələni etməliyik. Bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görülür”, - deyə o əlavə edib.

Xocalı faciəsi 2024-02-24 14:13:00