×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Bakı, 23 fevral, AZƏRTAC

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Ermənistanın Xocalıda törətdiyi soyqırımının 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı həqiqətlərindən danışan institutun direktoru professor Musa Qasımlı bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin rolunu, dünyada tanıdılmasında isə Prezident İlham Əliyevin, Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın xüsusi xidmətlərini vurğulayıb. Diqqətə çatdırıb ki, dövlət suverenliyi bütün ölkə ərazisində bərqərar edilib.
Anım toplantısında institutun elmi katibi dosent Südabə Hüseynova, şöbə müdirləri Qasım Hacıyev, Elnur Kəlbizadə, aparıcı elmi işçi Liliya Mirzəzadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş Xocalı soyqırımının təfərrüatlarından bəhs edib və bu soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.

Xocalı faciəsi 2024-02-23 18:17:00