×
A
A
A
Sazlamalar

ATGTİ-nin Baş katibi: Biz gənclər Xocalı faciəsini unutdurmamalıyıq

Bakı, 23 fevral, AZƏRTAC

"Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır. Biz gənclər bu faciəni unutdurmamalı, qan yaddaşımızı daimi olaraq yaşatmalıyıq".
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Rəşad Zeynalov deyib.
Bildirib ki, təşkilat tərəfindən “NEVER FORGET!” adlı fləşmob kimi tədbirlərin keçirilməsi prioritet olaraq götürülüb. "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində belə fləşmobların təşkili gənclərdə vətənpərvərlik ruhunun oyadılması üçün önəm kəsb edir.

Xocalı faciəsi 2024-02-23 16:33:00