×
A
A
A
Sazlamalar

“Gənc istedadlar” liseyində tədbir: Xocalının haqq səsi

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də BDU nəzdində “Gənc istedadlar” liseyində “Xocalının haqq səsi” adlı tədbir keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Liseydən AZƏRTAC-a bildirilib ki, direktor Arif Bağırov, tarix müəllimi Aygün Əsədova Xocalı soyqırımı haqqında ətraflı məlumat veriblər.
Təhsil müəssisəsinin ədəbiyyat müəllimləri Gülşən Əliyeva, Şamama Quliyeva və Yeganə Qəhrəmanlının təqdimatında şagirdlər şeir söyləyib və səhnəciklər nümayiş etdiriblər. Liseyin əməkdaşı - Xocalı faciəsində möcüzə nəticəsində sağ qalmış, şəhid övladı Salatın Əhmədova tədbirdə illər sonra ilk dəfə Xocalıda atasının qəbrini ziyarət etməyindən danışıb, orada çəkdiyi videogörüntüləri, şəkilləri təqdim edərək təəssüratlarını bölüşüb, həmçinin ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Daha sonra şagirdlər liseyin musiqi müəllimi Kəmalə Əliyevanın təqdimatında xor ilə “Xocalıya ədalət” adlı mahnı-kompozisiyanı təqdim ediblər.

Xocalı faciəsi 2024-02-23 15:48:00