“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
Bakı, 26 yanvar, AZƏRTAC
ABŞ-ın “Medium”, İrlandiyanın “EU Reporter”, İspaniyanın “Alquiblaweb”, Argentinanın “Poemas del Alma”, Salvadorun “Reflexiones Internacionales”, Rusiyanın “Litpriçal”, “YaPişu.net”, “Fabulae”, “İzba-çitalnya”, Türkiyənin “Haber232”, “Detay haber” Əlcəzairin “Alharir.info”, İordaniyanın “Cuheynanyus”, “Nəbd əl-bələd”, “əl-Ənbat”, Misirin “Asya əl-yaum”, “Umma”, Mərakeşin “Xəbər əl-yaum”, İraqın “Fikr Hurr”, Gürcüstanın “gaxa.ge”, “QafqazTürk” portalları və “Sakartvelos Respublika” qəzeti Dövlət Tərcümə Mərkəzinin ingilis, ispan, rus, türk, ərəb və gürcü dillərində hazırladığı “Azərbaycan xalqının hüzn və şərəf günü - 20 Yanvar” adlı sənədli mətnin və videoçarxın yayımına başlayıb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, videoçarx bəşər tarixinə qanlı vandallıq aktı kimi daxil olmuş məsum 19 yanvar gecəsindən - sovet qoşunlarının, heç bir xəbərdarlıq edilmədən Bakıya daxil olaraq dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən bəhs edir.
Şərqşünas alimin 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə ingilis dilində yayımlanıb
Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub
Rusiyalı rejissor: Azərbaycan bütün qonşuları ilə dinc yanaşı yaşamağa çalışır
20 Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib