×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb

Bakı, 23 yanvar, AZƏRTAC

Özbəkistanın nüfuzlu qalampir.uz, www.xabaGr.uz, darakchi.uz, uza.uz, human.uz, turkona.uz saytlarında 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar silsilə məqalələr yer alıb.
Bu barədə AZƏRTAC-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib.
Mədəniyyət Mərkəzinin dəstəyi ilə yayımlanan “1990-cı ilin 20 Yanvar hadisələri insanlığa qarşı cinayətdir”, “Qanlı Yanvar faciəsi və ya Qorbaçovun həyatındakı ən böyük səhvi”, “20 Yanvar. Qırmızı imperiyanın qırğınları...”, “Azərbaycanda baş vermiş 20 Yanvar faciəsindən 34 il ötür”, “1990-cı il 20 Yanvar faciəsi: Azərbaycan xalqının müstəqilliyinə və azadlığına gedən yol”, “Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanatı” sərlövhəli məqalələrdə qeyd olunur ki, Ermənistanın təcavüzkar hərəkətlərinə və Azərbaycana ərazi iddialarına, keçmiş SSRİ rəhbərliyinin göz yumaraq himayədarlıq etməsinə Azərbaycan xalqının genişmiqyaslı etirazlarını yatırmaq üçün 1990-cı il yanvarın 20-də sovet ordusu hissələrinin Bakıya daxil olması və əliyalın xalqa qarşı qırğınlar törətməsi faciəyə gətirib çıxardı.
Məqalələrdə vurğulanır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya, eləcə də Azərbaycanın digər bölgələrinə gətirilən hərbi birləşmələr nəticəsində 150-yə yaxın dinc sakin qətlə yetirilib, 744 günahsız dinc sakin yaralanıb, onların çoxu əlil qalıb, 841 nəfər qanunsuz həbs edilib.
Məqalələrdə 20 Yanvar tarixinin azadlıq, müstəqillik və Azərbaycan xalqının birlik rəmzi olduğu qeyd olunur, Vətənin azadlığı və suverenliyi uğrunda şəhid olanların xatirəsinin Azərbaycanda daim əziz tutulduğu vurğulanır.

 

 

20 yanvar 2024-01-23 11:00:00