İstanbulda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı konfrans keçirilib
İstanbul, 22 yanvar, AZƏRTAC
İstanbulda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı “20 Yanvar - Ümumxalq Hüzn Günü, Zəngəzur perspektivləri və Qarabağdan Türk dünyasına” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, İstanbul Türk Ocaqlarında təşkil edilən tədbir Türkiyədə “Karabakh is Azerbaijan” Milli Platformasının nəzdində Koordinəetmə Dərnəyi (KİAMP), Türk Ocaqları Ümraniyə şöbəsi, Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi Platformunun təşkilatçılığı və diaspor könüllülərinin dəstəyi ilə reallaşıb.
Əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türk Ocaqları Ümraniyə şöbəsinin rəhbəri Səlim Ekşioğlu və bu qurumun gənclər bölümünün rəhbəri Yakup Demirci, KİAMP-nin sədri Elvin Abdurahmanlı 20 Yanvar faciəsi ilə bağlı təqdimatla çıxışlar ediblər. Elvin Abdurahmanlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun birləşmələrinin Azərbaycanda dinc əhaliyə divan tutduğunu xatırladıb. Bildirib ki, bu qanlı hadisənin üstündən 34 il keçməsinə baxmayaraq, Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq.
Konfrans “Qarabağdan Türk dünyasına Zəngəzur perspektivində” adlı panel iclasla davam etdirilib.
Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb